Qızılı ağac Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2673

ŞİİR


12

TAKİPÇİ

Qızılı ağac

Dayanıb yaz donunda,
Soyuq olmaz sonunda?
Bəyaz qarın fonunda,
Qızılı ağacım var.

Qış qapını alınca,
Yarpaq çalar narınca,
Hey gəzirəm dalınca,,
Qışdan umacağım var.

Dinlə məni bir daha,
Batma dostum günaha.
Şükr edirəm Allaha,
Isti od-ocağım var.

Sevinc Arzulu
Kayıt Tarihi : 19.3.2020 10:57:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!