Qalx ayağa, Veten Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2798

ŞİİR


15

TAKİPÇİ

Qalx ayağa, Veten

Daha bir şəhid verdik bu gün.
Başın sağ olsun,Vətən.
Bir “Vağzalı” da çalınmamış qaldı.
Bir bəylik libası,bir gəlinlik paltarı
dəfn edildi bu gün.
Başın sağ olsun,Vətən.
Atəşkəsdən bəri nə qədər şəhid vermişik görən.
Onmu,yüzmü,minmi.
Axı biz bu şəhidlərlə,bu vaxtsız itkilərlə
Qarabağı geri ala bilərdik.
Bir qız sevdiyini itirdi,
Bir ana oğlunu,
Bir ata arxasını.
Bir bacı qardaşını,
Bir el əzizini.
Başın sağ olsun,Vətən.
Birinci Qarabağ savaşında şəhid olanların
çoxunun heç olmasa yadigarı var.
Bu 18-20 yaşlı uşaqların nə nişanəsi qaldı,Vətən.
Sağalmayan azarmı,özləri boyda məzarmı.
Azalmayan göz yaşımı,küskün baxan baş daşımı.
Nə vaxta qədər bu baxtsız,vaxtsız itkilərə dözəcəyik?
Qalx ayağa,Vətən.qalx ayağa.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.9.2018 08:18:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!