Kelme Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2386

ŞİİR


10

TAKİPÇİ

Kelme


Fil qulağında yatma,
Yad çamuruna batma.
Ayaq altına atma,
Ay əzizim, söz xalım,
Ilmə-ilmə sökülər.

Ey, ağlama sən, kiri,
Ruhum sağ, cismim diri.
Qorxuram günün biri,
O cahım, o cəlalım
Kəlmə-kəlmə tökülər.

Sevməz ki bizi zaman,
Dinşəməz ki and-aman.
Düşmən olubdur yaman,
Dağlar.Başı bəlalım,
Gəlmə-gəlmə, çökülər.

Sevinc Arzulu
Kayıt Tarihi : 12.9.2019 14:24:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!