Kardaşıma bayatılar Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2489

ŞİİR


10

TAKİPÇİ

Kardaşıma bayatılar

Günəşim, ayım qardaş,
Baharım, yayım qardaş.
Daha sənə çatmaz ki,
Harayım, hayım qardaş.

Qardaşın ayağına,
Kədərin boyağına.
Hicranın qəddin əysin,
Qurbanam oyağına,

Dərd verdi həyat, qardaş
Qəm olmaz boyat, qardaş.
Gecələr yatammıram,
Sənsə rahat yat, qardaş.

Pəncərədən daş gəlsin,
Xumar gözdən yaş gəlsin.
Bu uzanan yollardan,
Yenə də qardaş gəlsin.

Düzlərin lalasına,
Sözlərin qalasına.
Qardaş, qurbanın olum,
Gözlərin alasına.

Dumanım, çənim gəldi,
Sünbülüm, dənim gəldi.
Elə əsdi qəm yeli,
Ömrümə qənim gəldi.

Dağların lalası mən,
Yamyaşıl talası mən.
Çəkirəm qəm yükünü,
Həsrətin balası mən.

Baxçadan gülüm gəlsin,
Ləçəyi tülüm gəlsin.
Mən səni arzuladım,
Demədim zülüm gəlsin.

Günəş eləmi baxdı,
Nuru seləmi axdı.
Fələk yurd qapısına,
Qara ələmi taxdı.

Gecənin soyuqluğu,
Qayanın oyuqluğu.
Yamanca təsir etdi,
Fələyin ayıqlığı.

Dağların hekayəti,
Bağların şikayəti.
Qapımı fələk döyür,
Görən nədir niyyəti.

Sular axmadı, neynim,
Şimşək çaxmadı, neynim.
Mənim ərzi-halıma,
Fələk baxmadı, neynim.

Sevinc Arzulu
Kayıt Tarihi : 1.11.2019 15:13:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!