Duman çökmüş renginden Şiiri - Sevinc Ar ...

Sevinc Arzulu
2174

ŞİİR


8

TAKİPÇİ

Duman çökmüş renginden

Çalışıb bir daha göyə baxmayım,
Yağışa çevrilib yerə axmayım.
Necə diksinməyim,necə qorxmayım,
Ildırımın gurultulu zəngindən.

Şaxtanın bəxtinə yay da düşməyir,
Günəşin gözünə ay da düşməyir.
Dərəyə bir qətrə pay da düşməyir,
Sıldırımın duman çökmüş rəngindən.

Gəl vaxtsız-vədəsiz döyüşdən qaçaq,
Yadın ümidinə qalmasın ocaq.
Kim qalib gələcək, kim uduzacaq,
Qaldırımın endirimlə cəngindən.
29.03.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 3.4.2019 16:52:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!