Deniz kokulum Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2386

ŞİİR


10

TAKİPÇİ

Deniz kokulum

Kükrəyən sellərimlə,
Yer döyən yellərimlə,
Titrəyən əllərimlə
Nəfəsinə toxunum
Mənim dəniz qoxulum.

Gecəm gündüzə dönüb,
Səhram gül düzə dönüb.
Işıqlı sözə dönüb,
Kitabında oxunum
Mənim dəniz qoxulum.

Nur siman yaddaşımda,
Xəyalın dağ başında.
Boğulum göz yaşında,
Gülüşündə yox olum.
Mənim dəniz qoxulum.

Baxışını düyanam,
Şeir-kəlam dünyanam,
Əbədilik röyanam,
Ay gözləri yuxulum.
Mənim dəniz qoxulum.

Məni taleyim saya,
Döndərə nurlu aya.
Paxıllıq dönsün yaya,
Yad gözlərə ox olum,
Mənim dəniz qoxulum.

Sevinc Arzulu
Kayıt Tarihi : 12.9.2019 14:25:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!