Bu dünyanın yalanları Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
2442

ŞİİR


10

TAKİPÇİ

Bu dünyanın yalanları

Bu dünyanın yalanları al-əlvan,
Bu dünyanın xeyir-şəri qoşadır.
Eh, özüyçün böyüyübdür qız-oğlan,
Zəhmət çəkmək, ömür vermək boşadır.

Dayanmışam sükut ilə üzbəüz,
Ağlayayanda göz yaşımı silir,bax.
Əzəl gündən bu fikirlər düzbədüz,
Övlad pisin qiymətini bilir,bax.

Nə edim ki övladıma düşkünəm,
Bir az sonra unudacam küsümü.
Harınlarmı düşüb mənim püşkümə,
Göz yaşıyla yuyuram hey üzümü.

Sevinc Arzulu
Kayıt Tarihi : 6.10.2019 08:19:00
Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!